Premyer Liqa klubunda maaş endirimləri oldu

Premyer Liqa klubunda maaş endirimləri oldu

İngiltərə Premyer Liqası təmsilçilərindən "Bornmut"da maaş endirimi baş verib.

Sport7.az xəbər verir ki, klub baş icraçı direktor Nelli Bleyk, komandanın texniki direktoru Riçard Huges, menecer Eddi Hov və menecer köməkçisi Ceyson Tindallın maaşında endirim edildiyini açıqlayıb. Bununla yanaşı COVİD-19-a görə klubun maliyyə durumunun sabit qalması üçün bəzi tədbirlər görüldüyü də bildirilib.

Açıqlamada sözügedən klub rəsmilərinin könüllü olaraq maaş endirimə razılıq verdiyi ifadə olunub.

Sport7.az

Mənbə: sport7.az