Bukmekerlərin böyük fırıldağı – Görün böhranda hansı yola əl atdılar

Bukmekerlərin böyük fırıldağı – Görün böhranda hansı yola əl atdılar

Koronavirus böhranı nəticəsində Avropada demək olarki, heç bir ölkədə rəsmi futbol oyunları keçirilmir.

Sport7.az xəbər verir ki, Rusiya və Ukraynada bəzidələduzlar insanarın avamlığından sui-istifadə edərək yalançı matçlarlakülli-miqdarda pul qoparmağı bacarırlar.

Bununla bağlı Almaniyanın "Die Welt” qəzetinəmaraqlı məqalə çıxıb.

"Rusiya və Ukraynada planlaşdırılan futbol oyunlarıilə bağlı fırıldaq faktlar bizim diqqətmizi cəlb edib. Düzünü desəm, mən hələbelə dələduzluq görməmişəm”, - deyə Ukraynanın futbol assosiasiyasının Əxlaq vədüzgün oyun üzrə komitəsinin rəhbəri Françesko Branka qəzetə danışıb.

Məlum olub ki, onlayn platformalarda göstərilən birçox matç ya ümumiyyətlə keçirilməyib, ya da oyun əvvəldən bilinən və lazım olannəticə ilə sonlandırılıb.

Məsələn internetdə bəzi bukmeker kontorlarında,Ukraynada 23-26 martda ikinci dərəcəli komandaların iştirakı ilə baş tutanoyunlar üzərinə bəhslər qurulub. Bunlardan biri də "FK Berdyans” və "FKTavriya” adlı komandaları arasında keçirilən futbol yarışıdır. Birinci hissəsiheç-heçə bitən bu oyunun ikinci hissəsi 1-5 hesabı ilə başa çatıb. F.Barankanınsözlərinə görə, onları şübhələndirən bəzi insanların məhz bu hesaba pul qoymasıolub.

Bununla əlaqədar Ukrayna futbol assosiasiyası adı çəkilənklub rəhbərləri ilə əlaqə saxlayıb. "Prezidentlər and-aman edirlər ki, belə biroyun ümumiyyətlə baş tutmayıb”, - deyə F.Baranka bildirir. Yəni əslində ortadainternet vasitəsilə oynanılan bir fırıldaq var.

UEFA "Die Welt”in bunula bağlı sorğusuna cavab verməkdənboyun qaçırıb. Bukmeker şirkətlərinin monitorinqini həyata keçirən "Sportradar”və "Genius Sports” firmaları isə yazılı sorğuları cavabsız buraxıb.

"Matçlarla, daha doğrusu xəyali oyunlarla bağlıyalan bu cür gerçəkləşdirilir: oncə fırıldaqçılar bukmeker şirkətlərində realmövcud olan, lakin əsasən aşağıdiviziyalarda oynayan komandalar arasındakı oyunları qeydiyyatdan keçirirlər.Əgər bukmeker kontoru bunu onlayn-formata götürsə oyunu izləmək üçün skaut göndərir.Bu cür oyunlar isə ya ümumiyyətlə baş tutmur, ya da burada əvvəlcədən öyrədilmişaktyorlar iştirak edirlər. Skaut ya belə hallarda aldadılır, ya da pulla ələalınır”, - deyə qəzetdə yazılıb.

"Oyun bəhsləri artıq milyardlıq biznesə çevrilib."Avropol”un (Avropa polis təşkilatı-red.) məlumatına əsasən 2018-ci ildəonların ticari dövriyyəsi 1,6 trilyon dolları ötüb. İdman yarışlarındakıfırıldaqlar isə mafioz qruplar və sindikatlar üçün ciddi gəlir mənbəyinəçevrilib. 2019-cu ildə "Welt am Sonntag”və "ZDF” kanalları tərəfindən aparılan təhqiqat təkcə tennisdə 150 idmançınınbu fırıldağa şərik olduğunu ortaya çıxarıb. Həmin iş üzrə proses indi də davametdirilir”, - deyə məqalədə qeyd olunub.

 

Sport7.az

Mənbə: sport7.az