Daha bir məşqçi maaşından imtina etdi

Daha bir məşqçi maaşından imtina etdi

“Brayton” klubunun baş məşqçisi Qraham Potter COVİD-19 epidemiyasına görə yaranan məlum vəziyyətlə əlaqədar könüllü olaraq maaşında endirimə razı olub.

Offsideplus.az xəbər verir ki, klubda çalışanların maaş problemi yaşamaması üçün Qraham üç aylıq məvacibinin böyük hissəsindən imtina edib.

Qeyd edək ki, “Bornmut”un baş məşqçisi Eddi Hau da maaşının böyük hissəsindən imtina etmişdi.

Mənbə: offsideplus.az