Ronaldonun BU FOTOSU qalmaqala SƏBƏB OLDU

Ronaldonun BU FOTOSU qalmaqala SƏBƏB OLDU

Karantin günlərini doğma ölkəsi Portuqaliyanın Madeyra adalarında keçirən məşhur futbolçu Kriştiano Ronaldonun ailə gəzintisini əks etdirən foto böyük qalmaqala səbəbə olub.



BiG.AZ-ın superhaber.tv-yə istinadən verdiyi xəbərə görə, koronavirus səbəbiylə özünü təcrid edən futbolçu Rafael Masedo adlı yerli siyasətçi tərəfindən tənqid edilib.



Belə ki, Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigez və uşaqları ilə birlikdə gəzintiyə çıxması siyasətçini qəzəbləndirib.

"İtaliyadan gələn o heyvanın evdə qalmasını istəyirəm! O axmağı dərhal Madeyradan qovun!" deyən Masedo sonradan futbolçudan üzr istəyib:

"Hesabıma haker hücumu olub. Heç vaxt CR7-mız (Ronaldomuz) barəsində bir daha belə sözlər deməyəcəyəm. Bu, dəfələrlə baş verib və mən şifrələrimi dəyişmişəm. Artıq şifrələrimi hər həftə dəyişdirəcəyəm. Hakerlər hər yerdə var. Buna görə çox diqqətli olacağam. Hər kəsdən üzr istəyirəm, amma ilk növbədə baş verənlərə görə heyran olduğum CR7 və ailəsindən ... "

Qeyd edək ki, Madeyrada komendant saatı olmasa da, insanların şəxsi təşəbbüsü ilə karantin tətbiq olunur. Belə bir şəraitdə Ronaldonun gəzintisi fikir ayrılığına səbəb olub.

Onun bu hərəkəti bəziləri tərəfindən pis nümunə kimi görülüb tənqid olunsa da, bəziləri uzun müddət evdə oturduqdan sonra uşaqlarla birlikdə təmiz hava almaqda pis bir şey olmadığını düşünür.









Natəvan Baxşiyeva

 

Mənbə: big.az