İngiltərə Premyer Liqasının Çində davam etdirmək təklifi dəstəklənməyib

İngiltərə Premyer Liqasının Çində davam etdirmək təklifi dəstəklənməyib

İngiltərə Premyer Liqasının klubları koronavirus pandemiyası üzündən dayandırılan mövsümü başa çatdırmaq üçün müzakirələri davam etdirir.

Apasport.az saytının məlumatına görə, futbolun yaradıcıları çempionatı sona çatdırmaq üçün müxtəlif yollar axtarır.

Çünki yarış davam etdirilməsə təkcə telayayıma görə 762 milyon funt sterlinq itiriləcək. Klublardan biri çempionatın qalan oyunlarını Çində keçirmək təklifi irəli sürüb.

Bu, koronavirusun yayılmasının Asiya ölkəsində zəifləməsi ilə əsaslandırılıb. Lakin Premyer Liqanın digər 19 iştirakçısı bu təkliflə razılaşmayıb.

Qeyd edək ki, bu gün Premyer Liqa komandaları növbəti videokonfransda digər variantları da müzakirə edəcək.

Mənbə: apa.az