Droqba və Eto O dan "Vaksin Afrikada sınansın" təklifinə sərt reaksiya

Droqba və Eto O dan "Vaksin Afrikada sınansın" təklifinə sərt reaksiya

Fransada televizyalarından birində yayımlanan proqramda həkimlərin koronavirusa qarşı vaksinin Afrika ölkələrində sınaqdan keçirilməsi ilə bağlı təklifi sabiq futbolçular Didye Droqba və Samuel Eto Onun ciddi narazılığına səbəb olub.

"Report"un məlumatına görə, veteran hücumçular sosial şəbəkə hesabları vasitəsilə buna sərt reaksiya nümayiş etdiriblər.

Belə addımları qətiyyən qəbul etmədiyini yazan Fil Dişi Sahili millisinin keçmiş üzvü Droqba Afrikanın test laboratoriyası olmadığını vurğulayıb. O, həkimlərin alçaldıcı və irqçi ifadələr işlətdiyini bildirirək bunu qınayıb.

Kamerunlu Eto O isə "Instgram" hesabında "Afrika sizin üçün oyun meydanı deyil" yazaraq, həkimləri təhqir edib.

Mənbə: report.az