UEFA çempionatları ləğv edən ölkələrin klublarını avrokuboklara buraxmaya bilər

UEFA çempionatları ləğv edən ölkələrin klublarını avrokuboklara buraxmaya bilər

UEFA çempionatları ləğv edən və mövcud nəticələr əsasında qərar qəbul edən ölkələrin klubların avrokuboklarda iştirakına mane ola bilər.

Fanat.Az xəbər verir ki, futbol agenti Marko Trabukki bu barədə tvitter hesabında yazıb:

"UEFA bütün federasiyalara mövsümün sona kimi oynanılmasının vacibliyindən bəhs edib. Avropanın ali futbol qurumu çempionatları ləğv edən ölkələrin klubların 2020-21 mövsümündə avrokuboklara buraxmamaq haqqına sahibdi. Çeferindən federasiyalara sərt və bir o qədər də qətiyyətli tövsiyə!"

Hazırda koronavirus pandemiyası səbəbindən, demək olar ki, Avropanın bütün ölkələrində çempionatlar dayandırılıb.

Qeyd edək ki, dünən Belçikada çempionatın ləğv olunacağı və lider "Brügge"nin çempion elan ediləcəyinə dair xəbərlər yayılmışdı.

Fanat.Az

Mənbə: fanat.az