İlk milyarder futbolçu – Ronaldo

İlk milyarder futbolçu – Ronaldo

“Yuventus”un hücumçusu Kristiano Ronaldo karyerası ərzində 1 milyard dollar qazanan ilk futbolçu olacaq.

Fanat.Az “Business Insider”ə istinadən xəbər verir ki, Ronaldonun ümumi qazancı 2020-ci ildə 1 milyard dollara çatacaq. Koronavirus pandemiyası səbəbindən yaranan böhran vəziyyəti ilə əlaqədar maaşların azaldılması belə, portuqaliyalı futbolçuya mane olmayacaq.

Ronaldo “Yuventus”dakı məvacibindən əlavə, CR7 geyim markası, şəxsi otel şəbəkəsi və reklam müqavilələrindən gəlir əldə edir.

Ronaldo tarixdə milyard dollar limitini aşan üçüncü idmançı olacaq. Daha əvvəl qolfçu Tayqer Vuds və boksçu Floyd Meyvezer bunu bacarmışdı. 2020-ci ildə tennisçi Rocer Federerin adının da bu siyahıya düşəcəyi gözlənilir.

Mənbə: minval.info