Güləş üzrə dünya çempionatının keçirilməsi müzakirəyə çıxarılıb

Güləş üzrə dünya çempionatının keçirilməsi müzakirəyə çıxarılıb

Dünya Güləş Birliyi (UWW) 2021-ci ildə keçirilməli olan güləş üzrə dünya çempionatını müzakirəyə çıxarıb.

Apasport.az saytının məlumatına görə, bunu Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili açıqlayıb.

O bildirib ki, gələn il oktyabrın 2-10-da Norveçin paytaxtı Osloda təşkil olunması planlaşdırılan mundialın keçirilməsi mümkündür. Baxmayaraq ki, Olimpiya Oyunlarının keçirildiyi illərdə sərbəst və yunan-Roma güləşi üzrə dünya çempionatları keçirilmir.

Tokio-2020 Yay Olimpiya Oyunlarının da 2021-ci ilə təxirə salınması Oslodakı mundialı sual altına salıb. UWW rəhbərliyi bu gün keçirilən onlayn-konfransda mundialın Olimpiadadan sonrakı dövrdə təşkilinin mümkünlüyünü müzakirə edib, lakin yekun qərar verməyib.

Qeyd edək ki, UWW koronavirus pndemiyası üzündən 2020-ci ildə baş tutmayan lisenziya xarakterli vacib turnirləri bir il sonra eyni tarixlərdə keçirməyə qərar verib.

Mənbə: apa.az