FİFA yığma komandaların iyun oyunlarını təxirə salmağı tövsiyə etdi

FİFA yığma komandaların iyun oyunlarını təxirə salmağı tövsiyə etdi

Koronavirusun yayılma vəziyyətini izləyən Beynəlxalq Futbol Federasiyasının (FİFA) işçi qrupu təşkilat şurasının bürosuna milli yığma komandaların iyun ayı üçün nəzərdə tutulan bütün matçlarını təxirə salmağı tövsiyə edib.

FİFA-nın mətbuat xidməti tərəfindən yayılmış məlumatda bildirilir ki, tövsiyə həm kişi, həm də qadın komandalarının oyunlarına şamildir.

Həmçinin işçi qrupu FİFA şurasının bürosuna dünya çempionatının 2022-ci ilin seçmə matçlarının planlaşdırılması üzrə konfederasiyaların nümayəndələri ilə ikitərəfli danışıqlar aparmağı, eləcə də qadın komandaları arasında Olimpiya Oyunlarına seçim turnirinin keçirilməsi üçün yeni tarixləri beynəlxalq təqvimə daxil etməyi tövsiyə edib.

Mənbə: www.oxu.az