Flik "Bavariya"nın daimi baş məşqçisi oldu - Yeni müqavilə

Flik "Bavariya"nın daimi baş məşqçisi oldu - Yeni müqavilə

Hans-Diter Flik "Bavariya"nın daimi baş məşqçisi kimi təsdiqlənib.

Fanat.Az xəbər verir ki, "Bavariya" Flikin müqaviləsini uzadıb. 55 yaşlı mütəxəssisin yeni sözləşməsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

Flik 2019-cu ilin iyul ayında Niko Kovaçın köməkçisi təyin olunmuşdu. Noyabrda xorvat mütəxəssisin gedişindən sonra isə o, müvəqqəti baş məşqçi funksiyasını yerinə yetirirdi.

"Bavariya" 25 turdan sonra Bundesliqanın lideridi. Münhen klubu ən yaxın izləyicisi Dortmund "Borussiya"sını 4 xal qabaqlayır. Çempionlar Liqasında isə komanda 1/8 final mərhələsinin ilk görüşləri çərçivəsində səfərdə "Çelsi"ni 3:0 hesabı ilə məğlub edib.

Flikin rəhbərliyi altında 22 matç keçirən "Bavariya" 18 qələbə qazanıb, 1 dəfə bərabərliyə razı olub, 3 dəfə isə meydanı başıaşağı tərk edib.

Mənbə: fanat.az