MBA klubları aprel ayından basketbolçuların məvacibini azaltmaq niyyətindədir

MBA klubları aprel ayından basketbolçuların məvacibini azaltmaq niyyətindədir

Bakı, 4 aprel, AZƏRTAC

Milli Basketbol Assosiasiyasının (MBA) klubları aprel ayından basketbolçuların məvacibini azaltmaq istəyir.

AZƏRTAC xəbər verir ki, bu məsələ aprelin 17-də klub rəhbərlərinin videomüşavirəsində müzakirə ediləcək. Çempionat keçirilmədiyi üçün klublar oyunçuların əməkhaqqını tam həcmdə ödəyə bilmir.

Hətta bəzi mənbələr hələ müzakirələrdən əvvəl bəzi klubların basketbolçulara aprel ayından məvacib verməyəcəyini bildirir.

AZERTAG.AZ :MBA klubları aprel ayından basketbolçuların məvacibini azaltmaq niyyətindədir

Mənbə: azertag.az