"Yuventus" Torresə görə iki futbolçusundan imtina etməyə hazırdı

"Yuventus" Torresə görə iki futbolçusundan imtina etməyə hazırdı

"Yuventus" "Valensiya"nın yarımmüdafiəçisi Ferran Torreslə ciddi şəkildə maraqlanır.

Fanat.az "Tuttosport"a istinadən xəbər verir ki, "Yuventus" transfer qiymətini aşağı salmaq üçün Mattia De Şilyo və Daniele Ruqanini qarşı tərəfə təklif etməyə hazırdı.

Torresin "Valensiya" ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. Onun sərbəstqalma məbləği 100 milyon avro təşkil edir. "Yarasalar"ın yayda 60 milyon avro qarşılığında 20 yaşlı futbolçunun transferinə icazə veriləcəyi bildirilir. Çünki bir il sonra Torres azad agent olacaq.

"Yuventus"un ispan futbolçunun keçidini aşağı qiymətə həll etmək üçün artıq vasitəçilərlə əlaqə yaratdığı bildirilir. Turin klubu ilə yanaşı, "Barselona", "Real" və Dortmund "Borussiya"sı da Torresi heyətinə qatmağa çalışır.

F. Torres cari La Liqa mövsümündə 4 qol vurub və eyni sayda məhsuldar ötürmə müəllifi olub.

Fanat.Az

Mənbə: fanat.az