Bu ölkədə futbol bərpa olundu, Super Kubokun qalibi müəyyənləşdi

Bu ölkədə futbol bərpa olundu, Super Kubokun qalibi müəyyənləşdi

Tacikistanda futbol bərpa olunub.

Fanat.Az xəbər verir ki, bu gün Super Kubok uğrunda oyun keçirilib. Həlledici matçda son ölkə çempionu "İstiklol”la ikinci yerin sahibi "Xudcan” qarşılaşıb.

Görüş "İstiklol"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandanın Super Kubokda 8-ci uğuru olub. "İstiklol" Super Kubokun mütləq rekordçusudu.

Xatırladaq ki, Tacikistanda koronavirusa yoluxma hadisəsi qeydə alınmayıb. Buna baxmayaraq, oyun boş tribunalar önündə keçirilib.

Fanat.Az

Mənbə: www.fanat.az