Komendant saatını pozdu, həbs olundu

Komendant saatını pozdu, həbs olundu

"Əl-İttihad”klubunun serbiyalı hücumçusu Aleksandr Prijoviç həbs olunub. Kaspi.azxəbər verir ki, Prijoviç komendant saatını pozduğu üçün saxlanılıb. OnuBelqradda həbs ediblər. Hücumçu5 nəfərlə birgə Belqrad otellərdən birinin restoranında saat 17:00-dan sonraiçki məclisi təşkil edib. Onunla birlikdə olanlar da saxlanılıblar. Koronavirusagörə Serbiyada saat 17:00-dan səhər saat 5-ə qədər komendant saatı tətbiqolunub.

Mənbə: kaspi.az