TFF prezidenti Super Liqanın bərpa oluna biləcəyi tarixi açıqladı

TFF prezidenti Super Liqanın bərpa oluna biləcəyi tarixi açıqladı

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir açıqlma verib.

Fanat.Az xəbər verir ki, koronavirusun yayılma sürətinin aprelin sonlarında yavaşlayacağını, mayın əvvəllərində yaxşı şeylərin olacağına inandığını bildirib.

TFF prezidenti liqaların nə vaxt başlayacağı ilə bağlı suala belə cavab verib: "Əgər şərtlər uyğun olsa, ən yaxşı ehtimal iyunun ilk həftəsində liqaları bərpa edəcəyimizə ümid edir. İyun ayında başlasaq, iyulun ortalarında 2019/20 mövsümünü bitirməyi planlaşdırırıq.

Nihat Özdemir bildirib ki, Avropanın aparıcı liqalarına nisbətən Super Liqa daha şanslıdı: "Almaniyaya, İngiltərəyə baxanda bizim sadəcə 8 turumuz qalıb. Bir də kubok oyunlarımız qalıb. Həmçinin "Başakşəhər"in Avropa Liqası matçı var. Şərtlər pis olsa və iyunda çempionatı bərpa edə bilməsək, iyulun əvvəlində bərpa edib, avqustun ortalarında bitirəcəyik".

Fanat.Az

Mənbə: fanat.az