“Barsa”da birinci vitse-prezident də yoluxdu

“Barsa”da birinci vitse-prezident də yoluxdu

"Barselona”nınbirinci vitse-prezidenti Jordi Kardoner də koronavirusa yoluxub. Kaspi.azxəbər verir ki, 57 yaşlı funksionerdə virusun simptomları özünü sərt şəkildə göztərməyib. Jordinin durumunormaldır və həyatı üçün təhlükə yoxdur. Qeyd edəkki, bu, "Barsa”da ilk yoluxma deyil. Bir müddət əvvəl klubun tibbi xidmətinindirektoru Ramon Kanola da virusa yoluxmuşdu. Klubun həndbolkomandasının həkimində də koronavirus aşkarlanmışdı.

Mənbə: kaspi.az