Milli komandanın baş məşqçisi dəyişdirildi

Milli komandanın baş məşqçisi dəyişdirildi

İrlandiya millisinin baş məşqçisi dəyişdirilib.

Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, Mik Makkarti istefaya göndərilib. Onu Stiven Kenni əvəzləyib.

48 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Makkartinin yığma ilə müqaviləsi iyulun sonu başa çatırdı. Stiven Kenni 2018-ci ildən İrlandiya millisinin gənclər komandasını çalışdırırdı.

Fanat.Az

Mənbə: www.fanat.az