Dözümlü avtoyürüşlər üzrə dünya çempionatının yeni təqvimi açıqlanıb

Dözümlü avtoyürüşlər üzrə dünya çempionatının yeni təqvimi açıqlanıb

Bakı, 5 aprel, AZƏRTAC

Dözümlü avtoyürüşlər üzrə dünya çempionatının (WEC) təşkilatçıları koronavirus pandemiyası səbəbindən yarışın yeni təqvimini açıqlayıblar.

AZƏRTAC xəbər verir ki, mövsümün sonunadək iştirakçılar 3 yürüşdə güclərini sınayacaqlar.

Açıqlanan təqvimə görə, avqustun 15-də Belçikada "6 saatlq Spa", sentyabrın 19-20-də Fransada "24 saatlıq Le-Man", noyabrın 21-də "8 saatlıq Bəhreyn" yürüşləri təşkil olunacaq.

Mənbə: azertag.az