Arvadının açıqlaması ulduz futbolçunun başına bəla oldu

Arvadının açıqlaması ulduz futbolçunun başına bəla oldu

PSJ-nin Mauro İkardinin icarə müqaviləsinə vaxtından əvvəl xitam verməsinin səbəbi açıqlanıb.

Fanat.Az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, buna argentinalı futbolçunun xanımı və meneceri Vanda Naranın açıqlaması səbəb olub.

Belə ki, Vanda Nara "Mauro mövsümün sonunda Milana dönmək istəyir" demişdi. Məlumata görə, PSJ rəhbərliyi buna görə onun müqaviləsinə xitam verib.

"Gazzetta dello Sport" yazır ki, PSJ ilə müqaviəsini problemli şəkildə bitirən İkardini Milanda riskli günlər gözləyir.

Qeyd edək ki, "İnter" İkardini mövsümün sonunadək PSJ-yə icarəyə vermişdi. O, Paris klubunun heyətində meydana çıxdığı 31 oyunda 20 qol vurub və 4 məhsuldar ötürmə edib.

Mənbə: fanat.az