Federasiya prezidenti: “A seriyasının oktyabra qədər keçirilməsi də mümkündür”

Federasiya prezidenti: “A seriyasının oktyabra qədər keçirilməsi də mümkündür”

“Belə ciddi fövqəladə vəziyyətin öhdəsindən gəlməyin yeganə düzgün variant yarışların mümkün olan istənilən yolla başa vurmaqdır”.

Apasport.az saytının məlumatına görə, bunu İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina deyib.

O bildirib ki, koronavirus pandemiyası üzündən yarımçıq dayandırılan mövsümü bitirmək üçün istənilən variant məqbuldur: “Biz bir sıra variantlar üzərində işləyirik. Çempionatın mümkün bərpası üçün mayın 17-si nəzərdə tutulub. Amma bu tarix yalnız ehtimaldır. A seriyasının oyunlarının sentyabr, oktyabra qədər keçirilməsi də mümkündür. Bu yolla təkcə 2019/20 deyil, növbəti mövsümlə bağlı problemdən də qaçmaq olar”.

Qeyd edək ki, İtaliyada koronavirusa yoluxanların sayı 124 mini keçib.

Mənbə: apa.az