Rəşadın əminliyi, "Qarabağ"ın tarixi zəfəri - Video

Koronavirusa görə dünyada futbolun dayanması səbəbindən uzaq və yaxın keçmişə daha çox baş vurmaq imkanı olur.

Bu zaman futbol tariximizə qızıl hərflərlə yazılan oyunlar daha çox yada düşür. Həmin matçlardan biri də Çempionlar Liqasının qrup mərhələsində keçirilən "Atletiko" - "Qarabağ" oyunudur. Bakıdakı 0:0-lıq heç-heçədən sonra Qurban Qurbanov və komandası Madriddə də tarixi nəticəyə imza ata bilir (1:1).

Həmin matçdan bir müddət sonra bununla bağlı "Qarabağ" klubunun mətbuat xidməti təsirli bir video hazırlayır. Videoda diqqətçəkən məqamlardan biri də Rəşad Sadıqovun oyundan əvvəl səhər məşqində əminliklə "Atletiko" üzərində uğur qazanacaqlarını deməsi olur.

 

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyalı tualetə getdi və az qala öləcəkdi

SONRAKI XƏBƏR

Çinli alimlər elektrostatik maskalar hazırlayır