"Zenit"də futbolçuların maaşı 50 faiz azaldı

"Zenit"də futbolçuların maaşı 50 faiz azaldı

Rusiyanın “Zenit” klubunun futbolçuları maaşlarının 50 faiz azaldılmasına razı olub.

“Report”un məlumatına görə, bu barədə TASS-a Peterburq təmsilçisinin baş direktoru Aleksandr Medvedev məlumat verib.

O, aprel və may aylarında maaşların 50 faiz azaldılması ilə bağlı oyunçularla razılığa gəldiklərini vurğulayıb.

Qeyd edək ki, Rusiya Futbol İttifaqı ölkədəki futbol yarışlarının mayın 31-dək dayandırıldığını açıqlayıb.

Mənbə: report.az