Poqba "Real"a hansı məbləğə transfer olunacaq? - SON DURUM

Poqba "Real"a hansı məbləğə transfer olunacaq? - SON DURUM

"Mançester Yunayted”in ulduz yarımmüdafiəçisi Pol Poqba onu heyətə qatmağı çoxdan hədəfləyən "Real”a keçmək üzrədi.

Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid təmsilçisi fransalı futbolçuya mümkün anlaşmanın sərfəli şərtləri haqda ətraflı məlumat çatdırıb.

"As” nəşrinin son sayında danışıqları kimin apardığı açıqlanmasa da, Poqbanın "Real”a yollanmaq ehtimalının olduqca artdığı vurğulanıb. Bundan başqa, koronavirus pandemiyasına səbəbindən oyunçunun qiymətinin düşdüyü, transferin İspaniya nəhənginə 100 milyon avrodan az məbləğə başa gələcəyi bildirilib.

Fanat.Az

Mənbə: fanat.az