Belarusiyada üsyan: “Bizim də ailəmiz var!”

Belarusiyada üsyan: “Bizim də ailəmiz var!”

Bütün Avropada futbol çempionatları dayandırılsada, Belarusiyada koronavirus qadağası tətbiq olunmayıb.

Sport7.az xəbər verir ki, vəziyyətin belə davam etməsibu ölkədə çıxış edən əcnəbi futbolçuların ciddi narazılığına səbəb olub.

Bu dəfə Minsk "Dinamo”sunun legioneri Danilo etirazsəsini ucaldıb: "Biz nə üçün futbol oynayırıq? Bütün dünyada futbol dayanıb.Amma biz hələ də oynayırıq. Sabah nə olacağına kim təminat verə bilər? Bizim dəailəmiz var. Əvvəlcə çempionatın dayandıra biləcəyindən danışırdılar. İndi də bəhanəedirlər ki, 10 fərqli ölkənin telekanalı ilə sözləşmə imzalanıb. Ailəmiz də bizəgörə çox narahatdı”.

Xatırladaq ki, Belçika vətəndaşı olan braziliyalıfutbolçunun Minsk klubu ilə müqaviləsi iyun ayına qədərdi.

Sport7.az

Mənbə: sport7.az