ABŞ Olimpiya Komitəsi YÜZ MİLYONLARLA DOLLAR İTİRDİ

ABŞ Olimpiya Komitəsi YÜZ MİLYONLARLA DOLLAR İTİRDİ

ABŞ Olimpiya Komitəsi Tokio Yay Olimpiya Oyunlarının 2021-ci ilədək təxirə salınması nəticəsində 200 milyon dollar itirib.

BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "The New York Times" yazır.

Digər milli olimpiya komitələrindən fərqli olaraq, təşkilat ABŞ-da hökumət tərəfindən maliyyə olunmur və Olimpiadanın təxirə salındığı üçün yarışların televiziyada yayımlansından gələn gəlirləridən məhrum olub.

Qeyd olunur ki, məhz bu yayımların hesabına komitə indiyədək fəaliyyətini davam etdirib.

Xatırladaq ki, martın 24-də "Olimpiada-2020"-nin koronavirusun yayılması səbəbiylə bir il təxirə salındığı elan olunub. Yarışların keçirilməsindən imtina etmək fikri Yaponiya hökumətinə məxsusdur. Daha sonra Beynəlxalq Olimpiya Komitəsi Oyunların 23 iyul 2021-ci il tarixində keçiriləcəyini elan edib.

Natəvan Baxşiyeva

 

Mənbə: big.az