"18 yaşında "Real"ın təklifini qəbul etmədi"

"18 yaşında "Real"ın təklifini qəbul etmədi"

"İnter"in hücumçusu Lautaro Martinesin sabiq klubu "Rasinq"in prezidenti Viktor Blanko maraqlı açıqlama verib.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, Argentina təmsilçisinin rəhbəri "Real"ın Martinesin 18 yaşı olduğu zaman transfer təklifi göndərdiyini deyib:

"Lautaronun 18 yaşı olanda "Real" onun üçün transfer təklifi göndərmişdi. Az məbləğ təklif etməmişdilər. Martines nə istədiyini bildiyi üçün təklifdən imtina etdi. Bizdə parladı, arzu etdiyi komandaya getdi".

Argentina millisinin üzvü bu mövsüm "İnter"də 32 oyun keçirib və 16 qol vurub. Milan təmsilçisi Martinesi 2018-ci ildə "Rasinq"dən 25 milyon avroya transfer etmişdi. Onun müqaviləsində sərbəstqalma qiyməti 110 milyon avrodur.

Milli.Az

Mənbə: news.milli.az