Karrasko İtaliya nəhənginin hədəfində

Karrasko İtaliya nəhənginin hədəfində

Belçika yığmasının üzvü Yannik Karrasko karyerasını "Milan"da davam etdirə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

İcarə əsasında "Atletiko"da çıxış edən futbolçu müqavilə ilə Çininn "Dalian" klubuna məxsusdur. 26 yaşlı oyunçunun "Milan"ın maraq dairəsinə düşdüyü bildirilir. Ancaq belçikalı futbolçunun "Atletiko"dan ayrılmaq fikri yoxdur. O, yenidən Madrid təmsilçisinin formasını geyinmək istədiyini bildirib.

İtaliya təmsilçisinin Karraskoya 3 illik müqavilə təklif etdiyi qeyd edilib.

Milli.Az

Mənbə: news.milli.az