80 milyonluq futbolçu "Liverpul"un "radar"ında

80 milyonluq futbolçu "Liverpul"un "radar"ında

"Vulverhempton"un vinqeri Adama Traore "Liverpul"un maraq dairəsinə düşüb.

Fanat.Az "Football Insider"ə istinadən xəbər verir ki, "Liverpul" Traoreni hücum xəttinin liderləri - Sadio Mane və Məhəmməd Salah ikilisindən birinin əvəzləyicisi hesab edir. Transferin dəyəri keçidə mane ola bilər. "Vulverhempton" 24 yaşlı futbolçunu 70 milyon funtdan (təxminən 80 milyon avro) aşağı qiymətə satmaq niyyətində deyil.

Traore "Barselona"nın yetirməsidi. Daha əvvəl məhz katalon klubunun onu geri qaytarmaq istədiyinə dair xəbərlər yayılmışdı.

Traore cari mövsümdə Premyer Liqada 28 oyunda meydana çıxıb və 4 qol, 7 məhsuldar ötürmənin müəllifi olub.

Fanat.Az

Mənbə: fanat.az