UEFA Çempionlar Liqasının qalibi müəyyənləşdi

UEFA Çempionlar Liqasının qalibi müəyyənləşdi

Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan UEFA Çempionlar Liqası (ÇL) 1/16 final mərhələsindən etibarən "Football Manager" oyununda keçirilib.

"Report"un məlumatına görə, qitənin bir nömrəli klub turnirində 2019-2020 mövsümü simulyasiya rejimində tamamlanıb.

Finalda Almaniya "Bavariya"sını 2:1 hesabı ilə məğlub edən İngiltərənin "Mançester Siti" klubu ÇL-in qalibi olub.

Qeyd edək ki, UEFA martın 13-də Çempionlar Liqası və Avropa Liqasını dayandırıb.

Mənbə: report.az