Nüfuzlu qolf turniri koronavirusa görə təxirə salındı

Nüfuzlu qolf turniri koronavirusa görə təxirə salındı

Qolf üzrə Böyük Britaniya Açıq Çempionatının vaxtı koronavirus pandemiyasına görə dəyişdirilib.

"Report"un məlumatına görə, bu barədə turnirin Mətbuat Xidməti məlumat yayıb.

Yarışın 2021-ci ilə təxirə salındığı bildirilib.

12-19 aprel tarixlərində İngiltərənin cənub-şərqində yerləşən Sanuidce şəhərində təşkil olunması nəzərdə tutulan çempionat gələn il iyulun 11-də start götürəcək və həmin ayın 18-dək davam edəcək.

2021-ci ildəki Açıq Çempionat isə müvafiq olaraq 2022-ci ilin iyul ayına keçirlib.

Qeyd edək ki, 1860-cı ildən təşkil olunan turnirin vaxtı İkinci Dünya müharibəsindən (1941-1945) sonra ilk dəfə dəyişdirilib. Açıq Çempionatın ən titullu qolfçusu aktivində 6 qələbə olan Harri Vardondur.

Mənbə: report.az