Məşhur futbol adamının anası koronavirusdan öldü

Məşhur futbol adamının anası koronavirusdan öldü

Koronavirus məşhur insanlara da zərbə vurur.

“Mançester Siti” futbol klubunun baş məşqçisi Xosep Qvardiolanın anası infeksiyadan həyatını itirib.

Xosep Qvardiola

Bizimyol.info xəbər verir ki, virus 82 yaşlı Dolors Salanın ölümünə səbəb olub. İngiltərə klubu xəbəri rəsmi “Twitter” səhifəsində paylaşıb. “Mançester Siti” ispan mütəxəssisə başsağlığı verib.

Qvardiola 2016-cı ildən İngiltərə klubunda işləyir. O, “Mançester Siti” ilə iki dəfə ölkə çempionu olmağı bacarıb. Qvardiola “Barselona”da işləyəndə iki dəfə Çempionlar Liqasının qalibi olmuşdu.

İspaniya həm virusa yoluxanların, həm də ölənlərin sayına görə dünyada ikincidir. Avropa ölkəsində 135 mindən çox virus daşıyıcısı qeydə alınıb. Bunlardan 13 mindən çoxu həyatını itirib.

Mənbə: www.bizimyol.info