"Real" 7 futbolçusunu satır - Klub 75 milyon avro qənaət edəcək

"Real" 7 futbolçusunu satır - Klub 75 milyon avro qənaət edəcək

Dünyanın ən varlı klublarından olan Real Madridin pula qənaət üçün futbolçu satacağını bəlkə də heç kim təsəvvür etməzdi.

Amma kral klubu da hazırkı bəziyyətdə çətin dönəmdədir. Koronavirus səbəbi ilə böhran keçirən Madrid təmsilçisi maaşları azaltmağın yollarını axtarır. Bu səbəblə Real 7 futbolçusu ilə yollarını ayırmağı düşünür. Bundan əvvəl göndərilməsi gündəmdə olan əsas futbolçular Qaret Beyl və Hames Rodriqes idi. Lakin son siyahıya daha 5 beş oyunçunun adı əlavə edilib. Onlar Mariano Dias, Braim Dias, Dani Sebalyos, Xesus Valyeho, Alvaro Odriosoladır.

Bu futbolçuların göndəriləyəci halda Real bir aya 75 milyon avro maaşa qənaət edəcək.

atv.az

Mənbə: www.atv.az