İspaniya nəhənglərinin sabiq baş məşqçisi öldü

İspaniya nəhənglərinin sabiq baş məşqçisi öldü

"Real", "Atletiko" və "Barselona"nın sabiq baş məşqçisi Radomir Antiç 71 yaşında dünyasını dəyişib.

Qol.az xəbər verir ki, bu barədə "Atletiko"nun mətbuat xidməti məlumat yayıb. Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, serb mütəxəssis 1991-1992-ci illərdə "Real", 1995-2000-ci illərdə üç dönəm "Atletiko"nu və 2002/03 mövsümündə qısa bir müddət "Barselona"nı çalışdırıb. O, 1995/96 mövsümündə "Atletiko" ilə həm La Liqa, həm Kral kubokunu qazanıb.

Mənbə: qol.az