Koronavirusla mübarizə - “Qarabağ”la “Sabah”a kimlər qoşulacaq?

Koronavirusla mübarizə - “Qarabağ”la “Sabah”a kimlər qoşulacaq?

Prezident İlham Əliyevin 19 mart tarixli fərmanı iləyaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyə qədər 110 milyonmanat, 146 min dollar və 27 min avro yığılıb.

Sport7.az daha əvvəl ianə edənlər sırasında"Qarabağ”la "Sabah” da olduğunu xəbər verib. Maraqlıdı, bəs başqa klublar buhaqda nə düşünür?

Bunu öyrənmək məqsədi ilə "Futbol+” qəzetinin əməkdaşlarıklublarımızla əlaq saxlamağa çalışıb. Onların cavabı belə olub:

Rəşad Məmmədov ("Sumqayıt”): "Bu, klubun daxiliişidi. Bununla bağlı rəsmi açıqlama vermək istəmirik. Ancaq onu deyim ki, məsələdənbaş məşqçini və oyunçuları xəbərdar etmişik. Kim istəsə, yardım edər. Bildiyimqədəri ilə artıq bir neçə klub üzvü könüllü şəkildə ianə ediblər. Ancaq biz buhaqda rəsmi açıqlama vermək istəmirik”.

Rüstəm Allahverdiyev ("Neftçi”): "Dəqiq bir söz deyəbilməyəcəm. Ancaq həmin fonda yardım etmək ehtimalı var. Hansısa ianə edilərsə,bununla bağlı ictimaiyyətə bilgi veriləcək”.

Törə Əhmədova ("Səbail”): "Bilirsiz ki, büdcəmizsponsorların gəlirləri hesabına formalaşır. Əməkdaşlıq etdiyimiz şikətlər dəfonda pul köçürüblər”.

Sport7.az

Mənbə: sport7.az