Rusiya Premyer Liqası bərpa oluna bilər

Rusiya Premyer Liqası bərpa oluna bilər

Rusiya Premyer Liqasının oyunları bərpa edilə bilər.

KONKRET.az saytının məlumatına görə, bunu “Tambov” klubunun idman direktoru Pavel Xudyakov deyib.

O bildirib ki, koronavirus pandemiyasının yayılması səbəbindən dayandırılan ölkə çempionatının tezliklə davam etdirilməsi və oyunların azarkeşsiz keçirilməsi gündəmdədir: “Bu məsələ ümumi yığıncaqda müzakirə olundu. Təqvim sıxlığını və hava şəraitini nəzərə almaq lazımdır. Cari mövsüm gec bitsə, sonrakı dövrdə böyük problemlər olacaq. Unutmayaq ki, Avropa çempionatı gələn ilə keçirildi və növbəti mövsümlər də mayın ortalarından gec olmayaraq yekunlaşmalıdır”.

Qeyd edək ki, Rusiya Premyer Liqası 22 turdan sonra dayandırılıb.

Mənbə: konkret.az