Ferqyuson - Geyci döyüşünün qalibi Nurməhəmmədovla qarşılaşacaq

Ferqyuson - Geyci döyüşünün qalibi Nurməhəmmədovla qarşılaşacaq

ABŞ təmsilçiləri Toni Ferqyuson və Castin Geyci arasında keçiriləcək döyüşün qalibi Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə kəmər sahibi Həbib Nurməhəmmədovla üz-üzə gələcək.

“Report” xəbər verir ki, bu barədə UFC prezidenti Deyna Uayt ESPN nəşrinə açıqlamasında bildirib.

Hər iki döyüşçü aprelin 18-də UFC-249 turnirində yüngül çəkidə müvəqqəti çempionluq titulu uğrunda qarşılaşacaqlar. Turnirin özəl adalardan birində baş tutacağı gözlənilir.

Qeyd edək ki, Toni Ferqyuson Həbib Nurməhəmmədovla qarşılaşmalı idi. Amma dağıstanlı döyüşçü koronavirus pandemiyasına görə rinqə çıxmaqdan imtina edib.

Mənbə: report.az