Türkiyədə futbol hakimləri koronavirusa yoluxdular

Türkiyədə futbol hakimləri koronavirusa yoluxdular

Türkiyəli futbol hakimlərində koronavirus infeksiyasının simptomları aşkarlanıb.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, bu barədə Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Zekeriya Alp açıqlama verib.

O, iki referidən götürülən testlərin nəticəsinin müsbət olduğunu bildirib. MHK sədri hər iki hakimin karantin altında olduğunu və yaxşılaşdığını əlavə edib.

Mənbə: report.az