Azərbaycanlı futbolçunun səhhəti pisləşdi: Koronavirus şübhəsi

Azərbaycanlı futbolçunun səhhəti pisləşdi: Koronavirus şübhəsi

“Dinamo”(Kiyev) klubunun keçmiş futbolçusu Aleksandr Əliyevin səhhəti pisləşib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan əsilli futbolçu sosial şəbəkə hesabında temperaturunun qalxdığını bildirib:

“Xahiş edirəm, nə edim, söyləyin, temperaturum 37,4 - 37,5-dir. Özümü yaxşı hiss edirəm, amma öskürək var. Xəstələndim, soyuq dəydi, yoxsa bu nədir?"

Ukrayna millisində də oynamış 35 yaşlı futbolçu bir müddət əvvəl koronavirusa inanmadığını yazmışdı.

Mənbə: offsideplus.az