Xavyer Tebas: "Messi "İnter"ə getsə, dünyanın sonu olmayacaq"

Xavyer Tebas: "Messi "İnter"ə getsə, dünyanın sonu olmayacaq"

İspaniya La Liqasınınprezidenti Xavyer Tebas "Barselona”nın superulduzu Lionel Messinin Milan "İnter”inə keçəcəyi barədə iddialara reaksiya verib.

Fanat.Az-ın məlumatına görə, La Liqa başqanı belə danışıb:

"Düşünmürəm ki, Messigetsə, A Seriyasının bütün problemləri həll ediləcək. İtaliya futbolunda vəziyyət gərgindi. Bu iqtisadiproblemlər tək Messiilə yolunaqoyulmayacaq. Lionelin İspaniyada qalmasınıçox istərdim. Ancaq getsə belə, dünyanın sonu olmayacaq. Kriştianu Ronaldusuz La Liqanın çox pullar itirəcəyini deyirdilər. Ancaq əksinə oldu, çempionatımız daha çox qazanmağabaşladı. Düzdü, böyükfutbolçuların gəlir baxımından faydası var. Lakin onlar çempionatın ayrılmaz hissələri deyil”.

Qeyd edək ki, dünən "İnter”in sabiq prezidenti Massimo Moratti yerli mətbuata açıqlamasında İtaliyaklubunun Messini heyətəqatmaq üçün hərəkətə keçdiyini deyib.

Mənbə: fanat.az