İtaliya A Seriyasının qalan oyunları Romada keçirilə bilər

İtaliya A Seriyasının qalan oyunları Romada keçirilə bilər

İtaliya A Seriyasının rəhbərliyi koronavirus pandemiyası səbəbindən dayandırılmış cari mövsümü bərpa etmək üçün müxtəlif variantlar üzərində işləyir.

Fanat.Az "La Repubblica"ya istinadən xəbər verir ki, mümkün ehtimallardan biri bütün klubları 45 günlük Romada toplamaq, qısamüddətli toplanış keçirmək və çempionatın qalan görüşlərinin paytaxt stadionlarında oynanılmasını təmin etməkdən ibarətdi.

Belə olan halda, oyunçuların müntəzəm olaraq koronavirus analizindən keçəcəyi, hakimlərin komandalarla birgə düşərgəyə yollanacağı və jurnalistlərin oyunlara buraxılmayacağı bildirilir.

Fanat.Az

Mənbə: fanat.az