Futbolda yeni qaydalar təsdiqləndi

Futbolda yeni qaydalar təsdiqləndi

Futbol Assosiasiyaları Beynəlxalq Şurasının (IFAB) iclasında bəzi dəyişikliklər təsdiqlənib.

“Qafqazinfo” qaydalardakı dəyişiklikləri təqdim edir.

- Top hücumda olan komandanın üzvünün əlinə dəyərsə və sonradan qol olarsa, əllə oyun qeydə alınacaq/ Əks halda, oyun davam etdiriləcək;

- Çiyinlə dirsək arasına dəyən top əllə oyun kimi qiymətləndirilməyəcək. Əgər buna oxşar epizod qapıya zərbə zamanı qeydə alınsa, VAR-a baxılır;

- Penaltilər seriyasında qapıçıların oyun ərzində aldığı sarı vərəqəsi nəzərə alınmayacaq;

- Qapıçı 11 metrlik cərimə zərbəsi zamanı irəli çıxarsa, rəqibə hərəkətləri ilə mane olarsa və zərbə qol olmasa, penalti təkrarlanır;

- Penaltinin təkrarlanmasına səbəb olan qapıçı sarı vərəqə alacaq;

- VAR-a baxmağa gedən hakim 1 dəfə monitor işarəsi verəcək. Digər şübhəli epizodlarda isə ona xəbər ediləcək və o, epizodla bağlı monitorda qərar qəbul edəcək.

Qurum yeni qərarları federasiyalara göndərib. Qərarlar yeni mövsümdən qüvvəyə minəcək.

Mənbə: qafqazinfo.az