Yüngül atletika üzrə dünya çempionatının yeni vaxtı açıqlandı

Yüngül atletika üzrə dünya çempionatının yeni vaxtı açıqlandı

Yüngül atletika üzrə dünya çempionatı 2022-ci ildə keçiriləcək.

"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Yüngül Atletika Federasiyasının (World Athletics) rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, yarış 15-24 iyul tarixlərində təşkil olunacaq.

Qeyd edək ki, dünya çempionatı 2021-ci ilin yayında ABŞ-ın Oreqon ştatında olmalı idi. Amma Beynəlxalq Olimpiya Komitəsinin koronavirus pandemiyasına görə Tokio-2020 Yay Olimpiya Oyunlarını növbəti ilə təxirə salması bu turnirin təşkilinə mane olub.

Xatırladaq ki, yüngül atletika üzrə dünya çempionatı 2 ildən bir keçirilir.

Mənbə: report.az