"Sevdiyim idman növü tennisdir, futbol..." - Ronaldo

"Sevdiyim idman növü tennisdir, futbol..." - Ronaldo

Braziliya millisinin sabiq üzvü Ronaldo tennisə olan marağından danışıb.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, o, hazırda ən çox sevdiyi idman növünün tennis olduğunu deyib:

"Tennis hazırda mənim ən sevimli idman növümdür. Zədələr səbəbindən daha futbol oynaya bilmirəm. Çünki hər dəfə futbol oynadığım zaman zədələnirdim".

Mənbə: qol.az