"Bayern" ispan futbolçunun müqaviləsini uzadır

"Bayern" ispan futbolçunun müqaviləsini uzadır

"Bayern" yarımmüdafiəçisi Tiaqo Alkantaranın müqaviləsini uzatmağa hazırlaşır.

Sfera.az xəbər verir ki, 28 yaşlı futbolçu Münhen klubunun təklifini qəbul edib. İspaniya millisinin üzvü ilə 2023-cü ilin yayına qədər saziş bağlanılacaq.

"Bayern" Tiaqonu 2013-cü ildə "Barselona"dan transfer edib.

Mənbə: sfera.az