"Mançester Yunayted"ə keçmək haqda düşünürdüm" - Mane

"Mançester Yunayted"ə keçmək haqda düşünürdüm" - Mane

"Liverpul"un futbolçusu Sadio Mane 2016-ci ilin yayında "Mançester Yunayted"ə transfer olunmaq istəyib.

Qol.az xəbər verir ki, bu barədə seneqallı oyunçu "The Times"a açıqlamasında deyib. Ancaq o, baş məşqçi Yurgen Kloppun zəngi ilə fikrini dəyişdiyini söyləyib:

"2016-cı ildə "Mançester Yunayted"ə keçid haqda düşünürdüm. Mənim üçün çətin dövrlər idi. "Yunayted"ə keçməyə yaxım idim. Hətta onlarla görüşmüşdüm. Ancaq həmin həftə Klopp mənə zəng vurdu və mən "Liverpul"a transfer olundum".

Qeyd edək ki, Mane 2016-cı ildə "Sauthempton"dan "Liverpul"a keçib.

Mənbə: qol.az