Azərbaycanın MMA döyüşçüsünə kompensasiya ödəniləcək

Azərbaycanın MMA döyüşçüsünə kompensasiya ödəniləcək

Nəriman Abbasov

Fight Nights Global (FNG) koronavirus pandemiyası səbəbindən MMA turnirləri təxirə salındığı üçün döyüşçülərə kompensasiya ödəyəcək.

“Report”un məlumatına görə, bu barədə TASS-a qurumun rəhbəri Kamil Hacıyev məlumat verib.

FNG-nin Rusiyanın Soçi (11 aprel), Maqnitoqorsk (17 aprel) şəhərlərində və paytaxt Moskvada (18 aprel) turnirlərinin keçirilməsi nəzərdə tutulmuş, yarışların yenidən planlaşdırıldığı elan olunmuşdu.

Qeyd edək ki, Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov aprelin 18-də Moskvada "Fight Nights Global 98" turnirində çempionluq kəmərini qorumaq üçün Rusiyanı təmsil edən Mixail Qogitidze ilə üz-üzə gəlməli idi.

Mənbə: report.az