Messi, Xavi, İnyesta... - Ture top-5-ni açıqladı

Messi, Xavi, İnyesta... - Ture top-5-ni açıqladı

"Barselona" və "Mançester Siti"nin sabiq yarımmüdafiəçisi Yaya Ture birlikdə oynadığı ən yaxşı beş oyunçunun adlarını açıqlayıb.

 

Fanat.Az xəbər verir ki, Turenin siyahısında Lionel Messi, Tyerri Anri, Samuel Eto'O, Andres İnyesta və Xavi yer alıb. Kot-d'ivuarlı futbolçu "Mançester Siti"dən və yığmadakı komanda yoldaşlarının heç birinin adını çəkməyib.

Ture 2007-2010-cu illərdə "Barselona"da, 2010-2018-ci illər aralığında isə "Mançester Siti"də çıxış edib.

Fanat.Az

Mənbə: fanat.az