Türkiyə klubunda ayrılıq yaşandı

Türkiyə klubunda ayrılıq yaşandı

“Beşiktaş” klubu futbolçusu Pedro Reboşo ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, icarə əsasında “Beşiktaş”da forma geyinən və müqaviləsi mövsümün sonuna qədər olan Reboşo ilə müqaviləyə xitam verilib.

Qeyd edək ki, “Beşiktaş” 25 yaşlı müdafiəçini Fransanın “Genqam” klubundan icarəyə götürmüşdü. Reboşo, Super Liqada 9 oyunda iştirak edib.

Mənbə: offsideplus.az