Emeri "Milan"ı çalışdıra bilər

Emeri "Milan"ı çalışdıra bilər

"Milan"ın baş məşqçisi Stefano Pioli mövsümün sonunda komandadan ayrıla bilər.

Fanat.Az "Sky Sport Italia"nın jurnalisti Canluka Di Martsioya istinadən xəbər verir ki, "Milan" "Arsenal"ın sabiq baş məşqçisi Unai Emerinin namizədliyini nəzərdən keçirir.

"Rossonerilər"in rəhbərliyi daha əvvəl "Valensiya"nın keçmiş çalışdırıcısı Marselino ilə danışıqlar aparsa da, "yox" cavabı alıb.

"Milan" 26 turdan sonra İtaliya A Seriyasında 7-ci sırada qərarlaşıb.

Fanat.Az

Mənbə: fanat.az